Azər Türk Bank
Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin
Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis
Namizədə olan tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə);
- Bank sahəsində 2 il, nəzarət, audit və ya risk sahəsində 1 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədləri bilmək;
- Analitik təhlil qabiliyyəti;
Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Vəzifə öhdəlikləri
- Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
- Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.