Daxili Nəzarət Departamentinin Daxili nəzarət və frod halların araşdırılması şöbəsində baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Daxili Nəzarət Departamentinin Daxili nəzarət və frod halların araşdırılması şöbəsində baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;

Bankın fəaliyyətində nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanmasında və tətbiqində iştirak etmək;

Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək.

Tələblər

Ali iqtisadi təhsil;

Bank sahəsində 3 il iş təcrübəsi (Nəzarət, audit və ya risk sahəsində 1 ildən artıq iş təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaqdır);

Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri arzuolunandır);

Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur);

CİA, CFE sertifikatlarının olması arzuolunandır;

Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;

Frod əməliyyatları barədə anlayışlar;

Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik, komandada işləmək bacarığı.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et