Daxili Kommunikasiyalar üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Daxili Kommunikasiyalar üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Daxili Kommunikasiyalar üzrə Mütəxəssis

"PASHA Bank" ASC Daxili Kommunikasiyalar üzrə Mütəxəssis vakansiyasını elan edir.

Bankda korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində Bank daxilində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi üçün cavabdehdir

Vəzifə Öhdəlikləri

• Kommunikasiya strategiyasının şirkətin strateji görüşlərinə və PAŞA Bankın brendinə uyğun olmasını və onu əks etdirməsini təmin etməklə Bank üzrə strateji daxili kommunikasiya planının hazırlanması və həyata keçirilməsinə töhfə verilməsi, və daxili kommunikasiya məhsullarının idarə edilməsi.

• İnkişaf, təşkilatçılıq və təhsil daxil olmaqla kommunikasiyanın bütün aspektlərində təşkilati cəhətdən davamlılığı təmin etmək üçün əsas əlaqə vasitələrinin təkmilləşdirilməsinə töhfə verilməsi.
• Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların təmin edilməsində şöbənin digər maraqlı tərəfləri ilə sıx əməkdaşlıq çərçivəsində işləmək.
• Bölmə üzrə bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kommunikasiya, Marketinq və ya digər müvafiq sahədə bakalavr təhsili
• İş təcrübəsi: Daxili kommunikasiya üzrə vəzifələrdə ən az 2-3 il iş təcrübəsi
• Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (sərbəst), rus dili bilənlərə üstünlük verilir
• Kompüter bilikləri: MS Office proqramları
• Digər: Ünsiyyət və danışıq qabiliyyəti, yazı və vaxtın idarə edilməsi bacarıqları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 21.11.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Daxili Kommunikasiyalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et