Vakansiya haqqında məlumat:
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə "BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
- Şirkətin maliyyə hesabatınız dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi
Vakant vəzifə üzrə tələblər:
- Bank sektorunda işləyənlərə üstünlük verilir
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- Gərgin situasiyalarda emosiyaların idarə etmə bacarıqları;
- Yaş həddi 30-40
- İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil
- İFRS-i yaxşı bilmək
- Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
- Azərbaycan, İngilis və rus dillərini bilmək
- Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək haqqı – 700-800 azn
- Əmək müqaviləsi.
- - İş qrafiki-tam
- - İstirahət günü-həftədə 2 gün (şənbə və bazar)
- - İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Əmək haqqı : 1500-2000 azn
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
BOA Agency