Data Analitik | Banco.az
Azər Türk Bank

Data Analitik

Vakansiya haqqında məlumat: 

Azər Türk Bank  yeni yaradılmış Rəqəmsal Transformasiya Mərkəzinin – Data Science komandasına Data Analitikləri dəvət edir.

Namizədə olan tələblər

  • Ali təhsil
  • Səlis Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər
  • SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı) 
  • Analitik tool-larla işləmə bacarığı
  • Yüksək səviyyədə MS Excel biliyi
  • Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning (avtomatik öyrənmə) və statistik metodlarla işləmək bacarığı
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (matplotlib, seaborn, ggplot).
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər 
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti 
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi 

Vəzifə öhdəlikləri

  • Skorinq sisteminin optimallaşdırılması, məlumatların analizi və məlumatlara uyğun yeni modellərin təklif olunması
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi.

CV-lərinzi vakansiyanın adını (Data Analitik) qeyd etməklə cv@azerturkbank.az elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç