Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “CRM təhlili şöbəsinin mütəxəssisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “CRM_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Struktur: CRM təhlili şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri / Departament direktoru
Vəzifə öhdəlikləri:
- Data analitika alətlərinin işdə tətbiqi;
- Böyük həcmli məlumatların təhlili və işlənməsi;
- İstehlakçı davranışının təhlili və proqnozlaşdırılması, müştəri bazasının seqmentləşdirilməsi (klasterizasiya, təsnifat, modelləşdirmə, proqnozlaşdırma);
- Müştəri bazasının modelləşdirilməsi və məhsul tətbiqlərinin fərdiləşdirilməsi;
- Baza daxili proseslərinin effektivliyinin təhlili;
- Dövri proqnoz hesabatlarının tərtibi və məlumatların təqdimatı;
- Hər CRM-kampaniyasl üçün huninin qurulması – səmərəlilik hesabatı;
- Maşın öyrənmə (Machine Learning) modelləri qurmaqla biznes ölçümlərini inkişaf etdirmək üçün fərziyyələrin hazırlanması və sınaması;
- Məlumat bazasının statistik məlumatları ilə müntəzəm iş, onların təhlili və seqmentasiya (bu və ya digər marketinq aksiyasının keçirilməsi üçün);
- Yeni məhsullar üzrə ölçmələrin həyata keçirilməsi;
- Məqsədli auditoriya ilə qarşılıqlı fəaliyyətin təhlili əsasında strategiyanın işlənib hazırlanması. Müştərilərlə qarşılıqlı fəaliyyətin təşkili və koordinasiyası, məsələn, sms – göndərişlər, elektron poçtla sorğular;
- Pərakəndə blokun hesabatlarının hazırlanması;
- Müştəriyönümlü analitikanın hazırlanması.
Tələblər:
• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• 1 ildən çox iş təcrübəsi;
• Xarici dil bilikləri - rus dili, inglis dili arzu olunandır;
• Microsoft Ofiice (Excel, Power point, Word), SQL, Python programları üzrə bilik;
• İdarəetmə bacarıqları;
• Yüksək dərəcədə analitik qabiliyyəti;
• Səmərəli ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
• İşlərini planlaşdırma bacarığı;
• Məsuliyyətlilik.
Biz sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Bizi sosial şəbəkələrdən izləyin!!