CRM şöbəsinə mütəxəssis və aparıcı mütəxəssis | Banco.az
ABB

CRM şöbəsinə mütəxəssis və aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Əməliyyat məhsulları ve ticarətin maliyyələşdirilməsi departamentinin CRM şöbəsinə mütəxəssis və aparıcı mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • SQL proqramı vasitəsi ilə məlumatların təhlili;
  • Hesabartların təkmilləşdirilməsi;
  • Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.

Bizim üçün ideal namizəd:

  • SQL analitika üzrə minimum 1 il iş təcrübəli;
  • Ali təhsilli;
  • SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklərə sahib;
  • Rus və ingilis dil biliklərinə malik;
  • Analitik düşünmə qabiliyyəti sahib;
  • Komandada işləmək bacarığına malik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 iyun 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et