Card Systems Administrator | Banco.az
PAŞA Bank

Card Systems Administrator

Vakansiya haqqında məlumat: 

 

Card Systems Administrator

İşiniz nədən ibarətdir?

  • Prosessing sistemində və onunla əlaqəli digər program təminatlarında baş verən problemlərin analizi və həllinin təmin edilməsi. 
  • Prosessing vendoru ilə danışıqların aparılması
  • İşlə əlaqədar olaraq digər komandalarla çalışmaq, problemlərin operativ və dəqiq həllini təmin etmək.
  • Mövcud sistemlərin, həmçinin yeni yaradılacaq məhsulların sxema və işləmə prinsiplərinin sənədləşdirilməsi.
  • OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək (Linux/Windows idarə edilməsi).
  • Testləşdirmə və sistem yeniliklərinin tətbiqi

Tələb edilən bilik, bacarıq və təcrübə

TƏHSİL

Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili

İŞ TƏCRÜBƏSİ

Minimum 3 il iş təcrübəsi

XARİCİ DİL

İngilis dili

DİGƏR

  • Linuks əməliyyat sistemində əsas anlayışlar
  • SELECT səviyyəsində SQL sorğulama dili bilikləri
  • VİSA və MASTERCARD ödəmə sistemləri haqqında ümumi anlayış
  • Texniki sənədləri oxuyub anlayacaq, lazım gəldikdə beynəlxalq ödəmə sistemləri və program təminatı vendoru ilə əlaqə yarada biləcək qədər İngilis dili biliyi
  • Güclü ünsiyyət  qurma və  sistematik problemləri həll etmə bacarığı
  • Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti
  • JİRA ilə işləmə bacarığı

Bunlar üstünlükdür:

  • Prosessing sahəsində iş təcrübəsi, xüsusilə TİETO program təminatı üzrə, Way4, Tsys, Compass Plus, SmartVista və digərləri də ola bilər
  • Böyük həcmli loglar və data ilə işləmə prinsipləri
  • Proses avtomatlaşdırma və skripting üzrə təcrübə
  • Oracle verilənlər bazası idarəetməsində ilkin biliklər

PAŞA Bank sizə nə vəd edir?

  • Tibbi sığorta
  • İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
  • İllik mükafatlar
  • Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
  • İdman güzəştləri
  • İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması

Arzularının komandasını birlikdə yaradaq!

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et