Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis

PAŞA Bank namizədləri Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • İllik büdcə planlama prosesinin icrasında effektiv şəkildə iştirak;
  • Departament və şöbələrə gəlir və xərc büdcəsinin hazırlanmasında dəstək göstərilməsi;
  • Büdcənin icrasına nəzarət və fərqlərin təhlili;
  • Maliyyə modelləşdirilməsi;
  • İlin sonunda maliyyə proqnozlarının hazırlanması;
  • Proseslərin optimallaşdırılmasında iştirak;
  • Maliyyə departamentinin layihələrdə təmsil edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 3 il
  • Xarici dillər: İngilis dili (səlis)
  • Kompüter bilikləri: “VBA for applications” , "Microsoft Office" proqramları
  • Lisenziya/ Sertifikat: ACCA və ya ekvivalent sertifikatlar
  • Digər: Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi; Vaxtın səmərəli idarəedilməsi; Ünsiyyət və təqdimat bacarıqları.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram