Bank Respublika
Büdcə üzrə menecer
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın faktiki gəlirlərinin yoxlanması, büdcə ilə müqayisəsi və hesabatların hazırlanması;
- Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
- Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi /Magistr dərəcəsi və ya CPA/CFA-ya üstünlük verilir);
- Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 3 il iş təcrübəsi;
- Excel bacarıqları və maliyyə modelləşdirmə və təhlili ilə bağlı təcrübə;
- Maliyyə uçotu, büdcə və hesabat prosesləri üzrə dərin biliklər;
- Maliyyə proqramları və sistemləri ilə işləmə bacarığı;
- MHBS və digər tənzimləyici tələbləri yaxşı başa düşmək;
- Maliyyə sertifikatları (ACCA F2, F3, F5, F7) arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili (əla səviyyədə);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti.
Müraciət üçün daxil olun