Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis

Vəzifənin məqsədi

Korporativ, Kommersiya, Kiçik və Orta Müəssisələr və Fərdi Bankçılıq seqmentləri üzrə Məhsul marketinq və kommunikasiya təşəbbüslərinin inkişaf etdirilməsi, bank adından açıqlanan bütün məzmunların yekun təsdiqinə cavabdehdir

Vəzifə Öhdəlikləri

• Yerli bazar araşdırması və təhlilinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində markalaşdırma, marketinq və kommunikasiya strategiyasının formalaşdırılması barədə məlumatlandırmaq; 
• Marketinq və reklam kampaniyaları hazırlanması və həyata keçirilməsi, Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının hazırlanması; 
• Potensial müştəri cəlb etmə kampaniyalarının idarə edilməsi və təkmilləşdirilməsi, daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi; Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin, reklamların, və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin hazırlanması;  Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi; Hazırlanmış bütün marketinq fəaliyyətlərinin marka mövqeləndirmə və təlimatlara uyğun olmasını təmin etmək
• Toplanmış məlumatlar və digər iradlara cavab olaraq marketinq kampaniyaları və strategiyalarının lazımi qaydada monitorinqi və tənzimlənməsi; rəqib kampaniyaların qiymətləndirilməsi, mümkün inkişaf üçün müştərilərdən və məhsul sahiblərindən rəylər toplanılması; Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və onların yuxarı rəhbərliyə detallı yazılı hesabat şəklində və şifahi formada təqdim edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
• Sosial reklam kampaniyaları hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması; 
• PAŞA Bank adından xarici auditoriyaya açıqlanan bütün məzmunların redaktə edilməsi və təsdiq olunması.  

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili 
• İş təcrübəsi: Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
• Xarici dil bilikləri:  Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
• Kompüter bilikləri: MS Office proqramları 
• Digər: Yaradıcılıq, tez uyğunlaşma və auditoriya qarşısında çıxış etmək bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.