Borc Qaytarma üzrə Mütəxəssis (Cəlilabad nümayəndəliyi) | Banco.az
Azkredit

Borc Qaytarma üzrə Mütəxəssis (Cəlilabad nümayəndəliyi)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.  

VF AzərKredit hazırda Cəlilabad nümayəndəliyi üzrə Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;
• Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• 25 yaşından yuxarı;
• Təhsil: ali və ya orta ixtisas;
• Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Kompüterdə MS Word proqramlarında işləmək;
• Sürücülük bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 22 yanvar 2017-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində Borc Qaytarma üzrə Mütəxəssis (Cəlilabad) mütləq göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39        www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et