Biznesin İnkişafı Departamenti / Reklam şöbəsi / Mütəxəssis | Banco.az
Expressbank

Biznesin İnkişafı Departamenti / Reklam şöbəsi / Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Tələblər:

- Ali təhsil;
- Analoji sahədə müvafiq təcrübə;
- Kreativlik;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı ;
- Komandada işləmək bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Bank sahəsində işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqə qurmağında iştirak etmək;
- Reklam vasitələrinin monitorinqi;
- Yeni bank məhsulları və bank xidmətlərilə, kampaniya və aksiyalarla bağlı kreativ ideyalar və təkliflər irəli sürmək;
- Reklam kanallarının araşdırılması və seçilməsi;
- Sosial şəbəkələrinin aparılması.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et