Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PAŞA Bank Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis axtarışındadır.

Vəzifənin məqsədi

Müəssisə ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (ERP, HCM, ECM, CRM, Bar Coding, Moodys Risk Analyst).

Vəzifə Öhdəliyi:

- Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq.
- Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
- Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
- Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
- Müqavilənin məzmunu, SLA (xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
- Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
- Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
- İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək
- Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
- Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Microsoft, Oracle;
• Xarici dil: İngilis dili (yaxşı), Rus (orta);
• Kompüter bilikləri: MS Office, Java, C#, .Net, ABAP, SQL, Linux, Windows Server
• Məhsul biliyi: CRM, Doc Mng. , Atlassian;
• Bazar biliyi: Əsas bank bacarıqları;


Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et