Biznes proseslərin təkmilləşdirilməsi şöbəsində metodologiya bölməsinin mütəxəssisi | Banco.az
Azər Türk Bank

Biznes proseslərin təkmilləşdirilməsi şöbəsində metodologiya bölməsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

•       Bankdaxili normativ sənədlərin (əsasnamə, qayda, prosedur, metodologiya və s.) hazırlanması;

•       Mövcud bankdaxili normativ sənədlərin yenilənməsi (qanunvericiliyə, bank fəaliyyətinə nəzarət orqanlarının sənədlərinə və bankdaxili normativ sənədlərə dəyişikliklərin əks etdirilməsi);

•       Normativ sənədlərin hazırlanması və yenilənməsi ilə bağlı fəaliyyəti əhatə edilən strukturlar ilə görüşlərin keçirilməsi, tələblərin və məlumatların toplanılması və sənəd layihələrinin razılaşdırılması;

•       Normativ sənədlərdə nəzərdə tutulan proseslərin təsvirini müxtəlif redaktor proqramlarında modelləşdirmək (sxemləşdirmək);

•       Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;

•       Dövri hesabatların hazırlanması.

Tələblər

·        Bakalavr təhsili (hüquqi və ya iqtisadi təhsil arzuolunandır);

·        Sahə və bank işi üzrə 2 il iş təcrübəsi;

·        Bankdaxili normativ sənədlərin (əsasnamə, qayda, prosedur, metodologiya və s.) hazırlanması təcrübəsi və Bank prosesləri üzrə biliklər;

·        Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə

·        “Microsoft Office” proqramları üzrə biliklər (“MS Word”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının yüksək səviyyədə olması, “MS Excel” bacarıqlarının olması arzu olunandır);

·        Sənədləri düzgün tərtib etmək və biznes prosesləri düzgün təsvir etmək bacarığı;

·        Fikirlərini şifahi və yazılı aydın ifadə etmə bacarığı;

·        Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;

·        Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;

·        Məsuliyyətlilik və operativlik;

·        Təşəbbüskarlıq, dəqiqlik və diqqətlilik;

·        Sərbəst araşdırma qabiliyyəti.

 

Müraciət üçün daxil olun