Kapital Bank
Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxeminin hazırlanması;
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin analitikasının aparılması;
- Texniki tapşırıqların yazılması;;
- Bankın proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi
- Layihələrdə biznes və ya İT analitik qismində iştirak etmək və s.
Tələblər:
- Bank sektorunda iş təcrübəsi;
- Bank qanunvericiliyi barədə biliklər;
- Analitik düşünmə və yüksək analiz qabiliyyəti;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Biznes proseslərin təhlil olunması;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
Arzuolunan bilik və bacarıqlar
- Bank biznes proseslər sahəsində iş təcrübəsi;
- İT analitika istiqamətində biliklər;
- Layihələrdə iştirak
CV-lərinizi, mövzu hissəsində “Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi" qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.