DəmirBank ASC Gəncə, Qazax, Göyçay, İmişli, Sabirabad, Quba, Şamaxı, Lənkəran filialları üçün Biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Məhsullar üzrə kredit portfelinin təhlil olunması;
Yeni kredit məhsullarının filiallarda tətbiqi, kredit portfellərinə nəzarət;
Potensial müştərilərin cəlb edilməsi;
Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək;
Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
Sözü gedən sahədə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
Satış qabiliyyətinə malik olmaq;
Analitik təhlil qabiliyyətinə malik olmaq;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 avqust 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (biznes kreditləri üzrə mütəxəssis – Gəncə) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.