Biznes kredit riskləri şöbəsinin mütəxəssisi | Banco.az
Nikoil Bank

Biznes kredit riskləri şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin mütəxəssisi

  • Banka daxil olmuş kredit sifarişləri üzrə müştərilərin maliyyə hesabatlarının təhlili, kredit tarixçəsinin yoxlanılması və sosial analizinin aparılması
  • Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət çərçivəsinə müvafiq olaraq müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak
  • Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların və şövbənin işinin optimallaşdırılmasında iştirak
  • Bankın kredit portfelinin analizində və hesabatların hazırlanmasında iştirak etmək
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət

Əsas tələblər:

  • Ali iqtisadi/riyazi təhsil;
  • Bankda risklərin idarə edilməsi/kredit departamentinin bölməsində ən azı 2 il iş təcrübəsi;
  • Kredit müraciətlərinin hazırlanması və təhlilində təcrübə
  • Analitik qabiliyyət və işgüzar fəallıq
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik

Dil biliyi:

  • Azərbaycan;
  • Rus və ya İngilis dili biliyi arzu olunandır

Kompyuter bilikləri:

  • Microsoft office (Excel mükəmməl səviyyədə).

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin mütəxəssisi) qeyd edərək,  cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç