Biznes İnnovasiyaları sahəsində Kiçik Məhsul Sahibi | Banco.az
PAŞA Bank

Biznes İnnovasiyaları sahəsində Kiçik Məhsul Sahibi

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyaları sahəsində Kiçik Məhsul Sahibi kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Xüsusi məhsullar üçün “backlog”un yaradılması və prioritetləşdirilməsi;
• Bankın təqdim etdiyi “KPI”lara nail olmaq üçün məhsul və biznes metriklərinin monitorinqi;
• Məhsulun yol xəritəsinin formalaşdırılması və komanda üzvlərinə təqdim edilməsi;
• Biznes tərəfdaşları ilə tələblərin və gözləntilərin icrası üzrə müzakirələrin aparılması;
• Proses zamanı çoxşaxəli funksional məhsul komandasınının işinə nəzarət;
• Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün ehtiyacların müəyyən edilməsi;
• Analitik qruplar ilə koordinasiyanın davamlı şəkildə yaxşılaşdırmasına dəstək;
• Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi və mümkün dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

• Təhsil: İdarəetmə və ya müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Biznes və ya İT sahəsində məhsul inkişafı üzrə 1-3 il
• Xarici dil: İngilis dili
• Kompüter bilikləri: MS Office
• Digər:
Keyfiyyətli rəqəmsal məhsulların yaradılması
Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqənin qurulması (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
Komandada işləmə və problemləri həll etmə bacarığı
Konfliktlərin idarə edilməsi
“Agile” və ya “Design Thinking” üzrə biliklərə sahib olmaq

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 26.11.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kiçik Məhsul Sahibi” və ya “Junior Product Owner” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et