Biznes –analitik (mütəxəssis) | Banco.az

Biznes –analitik (mütəxəssis)

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Biznes –analitik (mütəxəssis)

Namizədə tələblər

• Yaş həddi : 22-30
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 3  il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( arzuolunandır )
• Microsoft Office ( Word, Excel, Visio, Power Point proqramları)

Vəzifə öhdəlikləri

• Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq
• Lahiyə öncəsi sifarişçinin tələblərinin müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq
• Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək
• Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək
• Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
• Proqram təminatını işləyib hazırlamaq, testdən keçirmək və tətbiqi zamanı sifarişçi ilə daima əlaqə saxlamaq
• İşlədiyi departamentin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 700  AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected]  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznes –analitik ”  qeyd etmələri xahiş olunur.

Şirkət: 
Atəşgah Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et