Biznes analitik | Banco.az
Bank Respublika

Biznes analitik

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Aqro və Mikrokreditlər Departamentində “Biznes analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankdaxili prosesləri izləmək, təhlil etmək və onları təkmilləşdirmək;
  • Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması;
  • Sifarişçilərlə biznes və təşkilati çatışmazlıqların müzakirə edilməsi;
  • Kredit prosedurlarının nəzərdən keçirilməsi və müvafiq prosedurların optimallaşdırılması;
  • Aqro və Mikrokreditlər Departamentinin fəaliyəti ilə bağlı müxtəlif növ hesabatların hazırlanması;
  • Aqro və Mikrokreditlər Departamentinin fəaliyətinə aid müxtəlif məzmunlu sorğuların cavablandırılması;
  • Texniki tapşırığın hazırlanmasında iştirak və icrasının təmin olunması;
  • Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
  • Bankın İT bölməsi, biznes departamentləri və vendorlarla effektiv ünsiyyətin qurulması;
  • Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
  • Sifarişçilərlə kommunikasiya planları, müddət və tələblərin razılaşdırılması;
  • Layihələrin və texniki sənədləşmənin aparılması;
  • Kreditləşmə prosesi üzrə texniki alətlərin tətbiqinə dair təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dilləri arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi, innovativlik;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • İdeyalarınızı tətbiq etmək imkanları;
  • Təcrübə mübadiləsi (daxili ve xarici) üçün şərait.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et