BI & DWH üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

BI & DWH üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PAŞA Bank BI & DWH üzrə Mütəxəssis axtarışındadır.

Vəzifənin məqsədi:

BI platformalarının, məlumat bazası sistemlərinin, uyğunluq, verilənlərin inteqrasiyası və onun mütəmadi yeniləmələrinin, verilənlərin saxlanma yerinə girişin effektiv idarə olunmasına cavabdehdir.

Vəzifə Öhdəliyi:

- Yazılı texniki və funksional sənədləri hazırlamaq.
- Hesabatların hazırlanması üzrə bütün mərhələləri idarə etmək.
- Hesabat sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və işlədilməsinə cavabdeh olmaq.
- Hesabatlara dair bankın layihələrinin hazırlanmasında iştirak etmək.
- Statistik və analitik hesabatlar hazırlamaq.
- İnformasiya məlumatlarının qorunmasını təmin etmək. Müxtəlif platformalar və sistemlər arasında məlumat axınının qorunmasını təmin etmək.
- Söbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Hesabatların hazırlanması sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Oracle Pl –SQL(arzuolunan), Oracle Sql Expert(arzuolunan);
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı);
• Kompüter bilikləri: Oracle PL/SQL, MS Office Excel, R(arzuolunan), Python(arzuolunan), Java əsasları (arzuolunan);
• Məhsul biliyi: Oracle BI Publisher, Oracle FlexCube, Oracle Data Integrator, Oracle Administration Tool, PL/SQL Developer;
• Bazar biliyi: Bankçılıq bacarıqları;
• Digər: N/A.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.10.2020-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “BI & DWH üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et