Beynəlxalq sertifikasiya proqramları və Maliyyə hesabatlarının beynəlxalq standartlarının (MHBS) tətbiqi və tədrisi uzrə Menecer | Banco.az

Beynəlxalq sertifikasiya proqramları və Maliyyə hesabatlarının beynəlxalq standartlarının (MHBS) tətbiqi və tədrisi uzrə Menecer

Vakansiya haqqında məlumat: 

 

ARPA İctimai Birliyi Beynəlxalq sertifikasiya proqramları və Maliyyə hesabatlarının beynəlxalq standartlarının (MHBS) tətbiqi və tədrisi uzrə Menecer vakansiyası üzrə işçi qəbulu elan edir.

Namizədə aid tələblər:

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);

- MHBS (İFRS), İSMUBS (İPSAS) ilə əlaqədar ən azı 1-2 il iş təcrübəsi (ACCA sertifikasiyası üzrə imtahanları müvəffəqiyyətlə keçməsi əlavə üstünlükdür);

- Xarici vətəndaşlarla rus və ingilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı;

- Rəsmi məktub, xidməti məruzə, təqdimat və hesabat hazırlamaq bacarığı;

- Microsoft Word, Power Point və Excel proqramlarında sərbəst işləmə bacarığı.

İş haqqında məlumat:

- Mövcud sertifikasiya proqramlarına nəzarət;

- İmtahanların idarəedilməsi;

- İmtahan proqramlarının, imtahan tarixlərinin, suallarının hazırlanmasının təşkili;

- İmtahanda iştirak üzrə müraciətlərin cavablandırılması;

- Təlim proqramlarının hazırlanması.

Çalışma qrafiki:

Həftəiçi 5 gün, saat 09:00-18:00.

Uyğun namizədlərdən [email protected] mailinə CV-lərini göndərmələri xahiş olunur. 

 

Şirkət: 
ARPA Ictimai Birliyi