Beyləqan filialına kassir | Banco.az
Bank Respublika

Beyləqan filialına kassir

Vakansiya haqqında məlumat: 

Təsvir

Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;

Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;

Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;

Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;

Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

 

Tələblər

Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

Dil bilikləri: Azərbaycan dili əla;

Riyazi hesablama aparmaq qabiliyyəti;

Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;

Yüksək ünsiyyət bacarığı;

Əzmkarlıq, düzgünlük, çalışqanlıq;

Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Müraciət üçün daxil olun