Bərdə filialına baş mühasib | Banco.az

Bərdə filialına baş mühasib

Vakansiya haqqında məlumat: 

 

“Аqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bərdə filialına baş mühasib vəzifəsinə təcrübəli işçi tələb olunur.

Tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
• MS Office (xüsusilə MS Excel) proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;

Vəzifə öhdəlikləri :

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:

• Əmək haqqı razılaşma yolu ilə;
• İş vaxtı: həftənin 5 günü 09:00–dan 18:00 dək;

 

Maraqlanan şəxslər öz CV-lərini kadrlar125@gmail.com  elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Telefon: (012)498-15-17

Ünvan: Yasamal rayonu, Qədirli küçəsi 125.

“Aqrarkredit” QSC-nin Baş ofisi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“Аqrarkredit” BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et