Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis | Banco.az
Bank Respublika

Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Bank Respublika” ASC “Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, 800-ə yaxın əməkdaş çalışmaqdadır.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına müraciət edə bilərsiniz.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi;
• Bankın faiz risklərinə dair hesabatların qurulması;
• Bankın valyuta və likvidlik risklərinin qiymətləndirilməsi və hesabatlığın təmin edilməsi;
• Dövrü olaraq stress testlərin keçirilməsi;
• Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi; 
• Yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər verilməsi;
• Erkən xəbərdalıq sisteminin qurulması.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil
• Statistik və ekonometrik biliklərin olması 
• Bank sahəsində minimum 2 il iş təcrübəsi (xəzinadarlıq departamenti və bazar risklərin idarəedilməsi üzrə)
• Bazar və likvidlik risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
• MS Office proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.