Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi / baş mütəxəssisi | Banco.az
Unibank

Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi / baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi / baş mütəxəssisi

Öhdəliklər

  • Bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.
  • Bazar və likvidlik risklərinin monitorinqini va statistikasını aparmaq;
  • Bazar və likvidlik risklərinin məhdudlașdırılması va azaldılması üzrə tədbirlərin həyata keçirilməsi barədə təklifləri rəhbərliyə təqdim etmək;
  • Bazar və likvidlik risklərin ilə bağlı mümkün olan itkilərin baș vermə ehtimalını və həcmini hesablayaraq Bankin aktivlərini va kapitalını maksimum qoruyub saxlamaq;
  • Bazar və likvidlik risklərinin Bankin strateji hədəflərinə çatması üçün qəbul etmək istədiyi riskin həcminə uyğun olan səviyyəni müəyyən etmək;
  • Bazar və likvidlik risklərini üzrə risk iştahasının Bankin maliyyə baxımından sabitliyinə və onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayan səviyyədə saxlanılması üçün tədbirlər görmək;
  • Banklararası kredit, deposit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək.

Tələblər

  • Maliyyə sahəsi üzrə bakalavr ali təhsili;
  • Analitik düşünmə qabiliyyəti, modelləşdirmə bacarığı;
  • EXCELL-lə yüksək səviyyədə işləmə baxarığı;
  • SQL, Python, R üzrə biliklər arzu olunandır;
  • Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzu olunandır;
  • Azərbaycan dili üzrə yüksək səviyyədə bilik;
  • İngilis dili üzrə upper-intermediate səviyyəsində bilik;
  • Müvafiq sahə üzrə minimum 3 ay təcrübə müddəti.

Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına mövzu hissəsində "Bazar riskləri " qeyd edərək göndərə bilərsiniz

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et