Ziraat Bank Azərbaycan
“SME Kredit Mütəxəssisi”
Vakansiya haqqında məlumat:
“Ziraat Bank Azərbaycan” ASC Filiala Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Yaşı – 25-35 arası;
- Orta sahibkarlığın və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
- Analitik düşünmə bacarığı;
- Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
- Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
- Sumqayıt şəhərində yaşayanlara üstünlük verilir;
- Kompüter bilikləri (MS Office, Internet);
- İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
- Müştəri haqqında məlumat toplamaq;
- Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
- Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;
- Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
- Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;
- Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları) hazırlamaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 15-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “SME Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.