Kart əməliyyatlarına nəzarət üzrə Baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Kart əməliyyatlarına nəzarət üzrə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin Əməliyyatlara nəzarət şöbəsində kart əməliyyatlarına nəzarət üzrə Baş mütəxəssis

Namizədə olan tələblər

  • Ali təhsil;
  • Ödəniş kartları ilə iş üzrə minimum 2 illik iş təcrübəsi;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • SQL proqramlaşdırma dili üzrə biliklər;
  • Visa və MasterCard ödəmə sistemləri üzrə sertifikatı olan namizədlərə üstünlük verilir;
  • Analitik təhlil etmə qabiliyyəti;

Vəzifə öhdəlikləri

  • Ödəniş kartları üzrə saxtakarlıq və risk monitorinq sisteminin qurulması,nəzarətin həyata keçirilməsi;
  • Riskli əməliyyatların dayandırılması, riskli hesab edilən əməliyyatların eyniləşdirilməsi və nəzaratə götürülməsi, saxtakartlıq xarakteri daşıyan əməliyyatların beynəlxalq ödəniş sisteminə düzgün təqdim olunması və chargeback prosesinə nəzarətin həyata keçirilməsi;
  • Ödəniş kartı məhsulları üzrə bank əməliyyat sistemində əks olunan məlumatların yoxlanılması;
  • Ödəniş kartı əməliyyatlarına nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.

 

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et