Baş mühasibin müavini | Banco.az
Mol Bulak

Baş mühasibin müavini

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Mol Bulak Bank Olmayan Kredit Təşkilatı MMC

Vəzifə: Baş mühasibin müavini

Əmək haqqı: 1500 AZN

İşin təsviri: 

Baş mühasibin müavini şirkətin hesabatlarını vaxtında və düzgün yerinə yetiriləsini təmin edir. Mühasibat uçotunun aparılmasına nəzarət edir, şirkətin vegi hesabatının düzgün tərtib edilməsini yoxlayır Baş mühasibin müavinin funksional tabeliyinə BO mühasibləri, şirkət filialların kassir-operatorları aiddir.  
    
Əsas tələblər:

• Bank və ya bank olmayan kredit təşkilatlarında təcrübəsi olması vacibdir.
• Ən azı 3 il mühasib kimi iş təcrübəsi olmalı;
• Maliyyə, mühasibat uçotu sahəsində ali təhsil;
• Azərbaycan və rus dilllərini mükəmməl bilməli;

Peşəkar səlahiyyətlər:

Bilmək:

• Azərbaycan Respublikasında mühasibat uçotu haqqında qanunvericiliyi tənziməyən qanunvericilik və normativ hüquqi sənədlər və mikromaliyyə  təşkilatların fəaliyyəti;
• Azərbaycan Respublikası vergi qanunvericiliyi, vergi qoymanın prinsip və üsullarını bilmək;
• Azərbaycan Respublikası əmək qanunvericiliyi;
• Maliyyə nəzarəti prinsipləri;
• Maliyyə hesablaşmaların qayda və forması;
• Maliyyə uçot və hesabatın beynəlxalq standartları;
• Şirkətin əməliyyat fəaliyyətində sənəd dövriyyəsinin təşkilatını, maliyyə hesabatlarının rəsmiləşdirməsi qaydası;
• Müasir texniki vəsaitlərin istifadəsi ilə məlumatların işləmə üsulları;
• Əmlakın mühasibat uçotunun təşkilatı, öhdəlik və hesabatın tərtibatı üzrə daxili metodik və normaiv materialların biliyi;
• Əmək haqlarının hesablanması təcrübəsinə malik olmalı;
• Mühasibat uçotu sahəsində sənəd dövriyyəsinin təşkilatı.

Bilmək:

• İstifadəçi səviyyəsində kompyuter, o cümlədən Microsoft Windows: Word, Excel, MS Outlook biliyinə sahib olmaq, və lazımi gəldiyi təqdirdə elektron mühasibat uçotu sistemləri ilə işləmək imkanına malik olmaq;
• Özünün və digər şəxsin vaxtını idarə etmək;

Şəxsi səlahiyyətlər:

• Ünsiyyət, insanlar ilə taktiki və effektli şəkildə işləmək bacarığı;
• Mütəşəkkillik,düzlük,  özünün təhsil bacarıqları;
• Hər bir detala dürüst, məsuliyyətli, səliqəli və diqqətlə yanaşmaq;

Vəzifələr:

1. Şirkətin BO/filialınməxaric və mədaxillərini, mühasibat uçotunun aktiv və vəzifələri təşkil edir və həyata keçirir;
2. Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatlarının məlumatlarlnın tutuşdurub yoxlanılmasını həyata keçirir;
3. Mühasibat uçotunun müvafiq sahəsi üzrə ilkin sənədləşmənin qəbulu üçün nəzarəti həyata keçirir və hesablama prosesini hazırlayır. 
4. Hesablarda, təsərrüfat əməliyyatının  mühasibat uçotunda, gəlirlərin və xərclərin formalaşmasında, mühasibat uçotunun müvafiq sahəsində vəzifələrin icra edilməsi vaxtında və dəqiq əks olunması;
5. Şirkətin BO/filialında  uçot poroseduruna riayət edilməsinə nəzarət;
6. İlkin və mühasibat sənədlərin, hesablaşma və ödəmə öhdəliyinin rəsmiləşdirilmə qaydasına riayət, əsas vəsaitlərin, mal-material dəyərlərinin və pul vəsaitlərinin inventarizasiyasının aparlılması, mühasibat uçotu və hesabatın yoxlanılması;
7. Şirkətin filiallarında maliyyə və kassa intizamına riayət edir;
8. Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
9. Məbləği əlavə edir, vergiləri ödəyir və Azərbaycan Respublikasının sosial fonduna məbləğ ayırır;
10. Vergi hesabatının düzgün və vaxtında tərtibatı üçün cavab verir;
11. Şirkətin resurslarının rasional istifadəsi və maliyyə intizamına riayət edilməsi üçün yönəldilən tədbirlərin hazırlama və həyata keçirilməsində iştirak edir;
12. Əsas vəsait, az qiymətli və tez işlənib korlanan əşyaların, mal-material ehtiyatların mühasibat uçotunun aparılması üzrə işə nəzarət edir.
13. Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin və az qiymətli və TKƏ  amortizasiyasının düzgün əlavəsinin edilməsinə nəzarət edir;
14. Şirkətin bütün bölmələrində kassanın qiymətli əşyalarının, əmlakının, mal material dəyərinin düzgün inventarizasiyasına nəzarət edir;
15. Şirkətin mühasibat uçotu prosesinə aid müddəa və prosedurların hazırlanmasında iştirak edir;
16. Şirkətin siyasəti və prosedurunun pozulma faktının olması və digər işçilər tərəfindən sui-istifadə və saxtakarlıq faktı haqqında dərhal rəhbərliyə məlumat vermək;
17. Əmək intizamına, daxili əmək nizam qaydasına, yanğından mühafizəyə, uçot siyasətinin və mühasibat uçotunu tənzimləyən digər daxili və xarici  normativ aktlarının tələblərinə riayət edir;
18. Xidməti məlumatın tam məxfilinə riayət edir və məxfi məlumatın yayılmasına görə məsuliyyət daşıyır;
19. Rəhbərin digər əmr, qərar və tapşırıqlarını yerinə yetirir;

E-mail: [email protected]