Baş İT Auditor
“Bank Respublika” ASC “Baş İT Auditor” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• İT üzrə risk-əsaslı audit planını hazırlamaq; (fərqlənən yüksək, orta və aşağı riskli auditlər)
• Yoxlama obyektinə dair ehtimal olunan İT biznes risklərini müəyyənləşdirir və tərtib etmək;
• Təyin edilmiş vaxt çərçivəsində audit olunan struktur bölmənin, biznes sahəsinin və müvafiq proseslərin İT risklərinin təhlilini həyata keçirmək;
• İT Risk yönümlü audit proqramlarını tərtib etmək;
• Təyin edilmiş sahədə İT audit testlərini həyata keçirir və məruzə olunacaq məsələləri və riskin ölçülərini müəyyən etmək;
• Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə, (normativ akt), prosedur və qaydalara uyğun olmasını təyin etmək;
• Müvafiq struktur sahə və proseslərin daxili və beynəlxalq İT standartlara uyğunluğuna əmin olmaq;
• Mütəmadi olaraq Bankda İT və İS üzrə Daxili Audit tövsiyələrinin tətbiq edilməsi statusuna nəzarət edir, onlar üzrə keyfiyyət zəmanətini təmin etmək;
• Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin qəbul edilmiş beynəlxalq İT standarlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək;
• Auditin ISACA-nın “IS audit and assurance standards” və ya digər Beynəlxalq İT Audit Standartlarına uyğun aparılmasını təmin etmək;
Namizədə qarşı tələblər:
• Ali iqtisadi və ya hüquqi təhsilli, bank sistemində azı 2 illik iş stajının olması
• İT sahəsi üzrə 3 illik iş stajı;
• İT İnfrastruktur (Aparat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.), yedəkləmə və virtuallaşma üzrə praktiki və ya dərin biliklər;
• Unix və Linux PT-ı üzrə nəzəri biliklər;
• Daxili və Beynəlxalq İT Audit Standartları üzrə biliklər;
• Daxili İT audit prosesi və risklərin idarə olunmasına dair dərin biliklər;
• Bank fəaliyyəti və daxili İT auditlə bağlı qanunvericiliyi üzrə biliklər;
• Analitika qabiliyyəti;
• Ünsiyyət qurmaq bacarığı;
• Tədqiqat, araşdırma apara bilmə bacarığı;
• Ölkə daxili və xarici səyahətlərə hazır olmaq və istəyi;
• İT audit üzrə beynəlxalq sertifikat və lisenziyalara malik olması arzuolunandır.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Baş İT Auditor” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.