Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi (İT) | Banco.az
Bank Respublika

Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi (İT)

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mühafizə-yanğın siqnalizasiya sisteminin idarə edilməsi və inzibatçılığı;
  • Keçid-nəzarət sisteminin idarə edilməsi və inzibatçılığı;
  • Video-müşahidə sisteminin idarə edilməsi və inzibatçılığı;
  • Digər fiziki təhlükəsizlik sistemlərinin idarə edilməsi və inzibatçılığı.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Fiziki təhlükəsizlik sistemləri üzrə biliklər;
  • Əməliyyat sistemləri üzrə biliklər;
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi (İT) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.