Kapital Bank
Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
- Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
- Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə göndərir;
- Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
- Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
- Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
- Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
- Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
- Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
- Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
- Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.
Tələblər:
- İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);
- İnformasiya Texnologiyaları sahəsində 1 iş təcrübəsi;
- Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi;
- SQL, PL/SQL üzrə ilkin biliklər;
- Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;
- Komanda tərkibində və fərdi işləmə bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.