Bank sistemləri departamentinin eksperti
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə, biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.
“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında öncül rolunu oynayıb.
Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.
Əsas vəzifə və öhdəliklər
- Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır
- Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini, proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir
- Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir
- İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir
- Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və standart proqram vasitələrini işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir
- Proqram arxitekturasını işləyib hazırlayır
Seçim meyarları
- Ali texniki təhsil
- Bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi
- Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
- Azərbaycan dili və rus dili üzrə əla səviyyədə biliklər
- Problemə yönəlik anatilik düşünmə tərzi
İş şərtləri
- Iş vaxtı: 5 iş günü, 09.00-18.00
- İş yeri: Əməliyyat Mərkəzi
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində Bank sistemləri sözünü qeyd etməyi unutmayın.