Bank BTB
Bank kartları şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Bank "BTB" ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi
İş barədə məlumat:
- Azərikarddan gələn kartların və ŞEN-zərflərin kassa, MXD və filiallara təhvil verilməsi;
- İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
- ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
- Kartlara SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
- Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
- POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir;
- Bankdaxili qaydalara əsasən kart biznesi üzrə hesabatları hazırlayır;
Namizədə tələblər:
- Ali təhsil;
- İngilis və rus dili bilənlərə üstünlük verilir;
- Operativlik bacarığı;
- Dəqiqlik bacarığı;
- Monitorinqin aparılması üçün mopedin olması arzuolunandır
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!