Bank Hüquq Strukturunun hüquqşünası | Banco.az
AFB Bank

Bank Hüquq Strukturunun hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Hüquq Strukturunun hüquqşünası vəzifəsinə vakansiya elan edir.

Namizədə tələblər:

• Ali hüquqi təhsil;
• Mülki və bank qanunvericiliyi bilikləri;
• Bankda hüquq sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
• MS Office proqramlarından istifadə bacarığı;
• Mükəmməl Azərbaycan dili biliyi;
• Qərarvermə və komandada işləmək bacarığı;

İşin təsviri:

• Bankın bağladığı mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, müqavilələrə viza verilməsi;
• Bankın bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya qurumlarında təmsil edilməsi;
• Qanunverici aktlar üzrə şərh və izah verilməsi;
• Bankın idarəetmə orqanlarının iclaslarında katib funksiyasının icra edilməsi.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq strukturunun hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et