Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/iqtisadi).
- Audit və riskərin idarə edilməsi sahəsi üzrə ən azı 5 illik iş təcrübəsi arzuolunandır Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi.
- Maliyyə qanunvericiliyi üzrə biliklər;
- Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparmaq, tədqiqat aparma, təhliletmə və analitik hesabat tərtib etmək bacarığı;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı.
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı.
- MS Office proqramları.
İşintəsviri:
- Bank sisteminin dövrü analizini, sektorda və bank qruplarında müşahidə olunan tendensiyaları və potensial riskləri qiymətləndirilməsini təmin edir;
- Nəzarət prosesinin bütün mərhələlərində müvafiq nəzarət alətləri vasitəsilə bankların fəaliyyətini, maliyyə vəziyyətini və göstərişlərin icra statusunun izlənməsini və risk əsaslı nəzarətin həyata keçirilməsini təmin edir;
- Banklar üzrə nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir, nəzarət prosesi çərçivəsində banklara qarşı müvafiq tədbir və göstərişlər barədə təkliflər verir;
- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.