Bakı və Sumqayıt Filiallarına Kiçik əməliyyatçı-kassir | Banco.az
Ziraat Bank Azərbaycan

Bakı və Sumqayıt Filiallarına Kiçik əməliyyatçı-kassir

Vakansiya haqqında məlumat: 

 

Bakı və Sumqayıt Filiallarına Kiçik əməliyyatçı-kassir 

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
• Kompüter bilikləri (MS Office, Internet); 
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr: 

  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
  • İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
  • Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
  • Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
  • Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək  öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram