Bakı Müştəri Meneceri | Banco.az
PAŞA Bank

Bakı Müştəri Meneceri

Vakansiya haqqında məlumat: 

 

Bakı Müştəri Meneceri

- Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi

Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması

-Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması

- Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi

- Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq

- Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi

- Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi

Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi

Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq)

- Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability

- Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi

- Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi

- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların həyata keçirilməsi

Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək

Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq

Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.

Tələb edilən bilik, bacarıq və təcrübə

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
  • 1-3 il
  • İngilis, Rus
  • Microsoft Office

SERTİFİKATLAR

PAŞA Bank sizə nə vəd edir?

  • Tibbi sığorta
  • İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
  • İllik mükafatlar
  • Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
  • İdman güzəştləri
  • İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması

Arzularının komandasını birlikdə yaradaq!

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et