Back-end developer | Banco.az
Bank Respublika

Back-end developer

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Back-end developer vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Python və ya Java proqramlaşdırma dili üzrə biliklər;
  • RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
  • GIT ilə sərbəst işləmə bacarığı;
  • SQL, PL/SQL üzrə bilikləri arzuolunandır;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Bank daxili yeni proqramların yaradılması.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Rəqabətli əmək haqqı;
  • Karyera və inkişaf perspektivləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində Back-end developer qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

  • Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  • Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et