Avtomatlaşdırılmış Bank Sistemləri Administratoru (PL/SQL Developer) | Banco.az
Unibank

Avtomatlaşdırılmış Bank Sistemləri Administratoru (PL/SQL Developer)

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İnformasiya Texnologiyaları /Bank
Vəzifə : Avtomatlaşdırılmış Bank Sistemləri Administratoru (PL/SQL Developer)
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Öhdəliklər

• Bankın fəaliyyətinin müxtəlif istiqamətlərinin avtomatlaşdırılması üçün texniki tapşırığa müvafiq olaraq proektlərin işlənib hazırlanması;
• Özü və ya özgəsi tərəfindən hazırlanmış layihələrin dəstəklənməsi, müşayiət edilməsi, testləşdirilməsi və çıxa biləcək problemlərin həlli.

Namizədin profili

• Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə)
• Oracle PL/SQL, SQL üzrə minimum 1 il iş təcrübəsi
• SQL Tuning sahəsi üzrə biliklər
• Özgə kodu anlama bacarığı
• Bank sahəsi üzrə biliklərin olması arzuolunandır
• Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Avtomatlaşdırılmış Bank Sistemləri Administratoru (PL/SQL Developer) göstərməyiniz xahiş olunur