Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri Sığorta iddiaları deparmentində Assistans mərkəzinin kiçik eksperti/assistenti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;
- Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
- Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
- Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
- Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
- Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
- Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək;
- Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
- Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali və ya peşə təhsili;
- Müvafiq vəzifədə 1 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan və Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir;
- Microsoft Office bilikləri.
Bacarıqlar:
- Ünsiyyətçilik;
- Dəqiqlik;
- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Analitik düşüncə tərzi;
- Stressə davamlılıq.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.
Şirkət:
PAŞA Sığorta