Arxiv və Ofis işləri üzrə Köməkçi
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının İMİŞLİ filialı üçün Arxiv və Ofis işləri üzrə Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Arxiv üzrə Köməkçi vəzifəsi üçün tələb olunanlar:
-Ali və ya orta texniki təhsil;
-Kompüter bilikləri (MS Office) və çapetmə bacarığı;
-İşgüzarlıq və aktivlik;
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-Bu vəzifə üçün iş təcrübəsi mütləq deyildir.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 25 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: İmişli rayonu, H.Aslanov küçəsi 9A
Telefon: (0154) 6 60 17/6 29 07