APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri | Banco.az
PAŞA Bank

APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

 

PASHA Bank APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Bankın qısa və uzunmüddətli likvidliyini idarə etmək
• Vəsaitlərin köçürülmə dəyəri (FTP) sisteminin və balansın düzgün şəkildə idarə olunmasına nəzarət
• ALCO (Aktiv və passivlərin idarə edilməsi Komitəsi) paketinin səmərəli və düzgün şəkildə idarə edilməsi
• Aktiv və Passivlərin İdarə olunması (ALM) üçün siyasət və prosedurların müəyyənləşdirilməsi
• Maliyyə risklərinin Bankın qəbul edəcəyi risk limitləri çərçivəsində olması və risklərin idarəedilməsi proses və prosedurları ilə uyğunluğunun təmin edilməsi
• Kapital Adekvatlığı Əmsalında (CAR) potensial pozuntu hallarının və əlavə kapital üzrə ehtiyacın proqnozlaşdırılması
• Aktivlərin optimal bölüşdürülməsinin təmin edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Xəzinədarlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
• Lisenziya/Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi) sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office (mükəmməl); VBA proqramına üstünlük verilir

Başqa tələblər:

• Xarici və yerli kapital bazarı anlayışı
• Xarici və yerli pul bazarı anlayışı
• Xarici və yerli FX bazarı anlayışı
• Xarici və yerli QK bazarı anlayışı
• Xəzinədarlıq məhsullarının anlayışı
• Xarici və yerli törəmə məhsullarının anlayışı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.02.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi şöbəsinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et