Aparıcı back-end proqramçı | Banco.az

Aparıcı back-end proqramçı

Vakansiya haqqında məlumat: 

Vəzifə öhdəlikləri:

  • yeni veb-layihələr üzərində işləməsi;
  • mövcud veb-layihələrin inkişaf etdirilməsi;
  • komanda üzvü kimi veb-layihələr üzərində işləməsi;
  • layihələri planlaması, inkişaf etdirməsi, deploy etməsi və baxımı;
  • yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
  • front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
  • mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etməsi;
  • unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
  • keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
  • yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi).

Staja dair tələb: Müvafiq sahədə ən azı 3 ildən çox təcrübə.

Kompüter biliklərinə dair tələblər:

• OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;

• yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;

• Php, Laravel framework, (Codeigniter bilmək üstünlükdür), REST, MVC, Design patterns, MySQL, SQL, git.

  Üstünlük verilən tələblər:

• Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;

• proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;

• agile metodologiyaları biliyi;

• CI/CD proseslərinin qurulması təcrübəsi;

• C#, ASP.Net Core bilikləri;

• Html, Css, Bootstrap;

• Javascript, jQuery, Ajax.

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi).

Xüsusi bacarıqlar:

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.

  Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 10 may tarixinədək vacancy@ereforms.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

Şirkət: 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Ən sərfəli krediti almaq üçün müraciət et