Aparıcı Auditor | Banco.az
ABB

Aparıcı Auditor

Vakansiya haqqında məlumat: 

“Azərbaycan Beynəlxalq Bankı” ASC - Daxili Audit departamentinə - Aparıcı Auditor (Data analitik/hesabatlıq istiqamətində) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının  tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi; 
  • Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi; 
  • Bankın fəaliyyətində xüsusi əməliyyatların (sahələrin) yoxlanılması və qiymətləndirilməsi, proseslərin adekvatlığnın qiymətləndirilməsi; 
  • Auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi; 
  • Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi; 
  • Məlumat bazaları əsasında təhlillər aparmaq. 


Vakant vəzifə üzrə tələblər:

  • İqtisadi/texniki/riyazi ali təhsil;
  • Data analitika və ya hesabatlıq sahəsində 1-3 il iş təcrübəsi;
  • Daxili audit üzrə beynəlxalq və yerli tələb/standartlar barədə biliklərə sahib olmaq;
  • Analitik təhlil və məlumat bazası ilə iş bacarıqları;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • VBA, SQL, Power BI, Tableu kimi hesabatlıq proqramları ilə işləmə bacarığı;
  • Data analitika istiqamətində beynəlxalq sertifikat sahiblərinə əlavə üstünlük veriləcəkdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 Noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Aparıcı Auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et