Android Developer
AFB Bank Android Developer vəzifəsinə vakansiya elan edir.
Namizədə dair tələblər:
• Java proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
• Android Studio ilə səlis işləmə bacarığı və Gradle üzrə biliklər;
• Material dizayn prinsipləri haqqında məlumatların olması;
• Android SDK üzrə təcrübə;
• JavaScript, HTML və CSS və üzrə biliklər;
• HTTP və RESTful API’lər haqqında anlayış;
• GIT ilə işləmə bacarığı.
İşin təsviri:
• Android platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi;
• Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması;
• Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək;
• Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması;
• Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Android Developer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.