Android developer | Banco.az
ABB

Android developer

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Android developer vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Rəqəmsal innovasiyalar komandasına qoşulmağın üstünlükləri:

  • Mobil tətbiq, İnternet Bankçılıq və Bankın rəqəmsal məhsullarının yaradılmasında rol almaq;
  • Mikroservis arxitekturası və “DevOps” metodologiyasından istifadə edilməsi;
  • Proqram təminatlarının hazırlanması prosesində ən qabaqcıl metodologiyalardan hesab edilən “Agile Scrum” – ın tətbiq edilməsi

Görəcəyiniz işlər:

  • Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
  • Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
  • Back-end proqramçılarla bərabər işləmək və APİ-ların inteqrasiyasını təmin etmək;
  • Unit və Uİ testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
  • Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq

Bizim üçün ideal namizəd:

  • Müvafiq sahədə ən azı iki il iş təcrübəsi olan;
  • Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə sahib olan;
  • RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığı olan;
  • Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə sahib olan;
  • Android memory management, threading və performans optimizasiyası üzrə biliklərə sahib olan;
  • Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına sahib olan;
  • FCM üzrə biliklərə sahib olan;
  •  Git üzrə sərbəst işləyə bilən;
  • Continuous integration” barədə məlumatlı olan;
  • Agile komandada işləmək qabiliyyəti olan (arzu olunandır);
  • Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyəti olan;
  • MVP və ya MVVM üzrə işləmək qabiliyyəti olan;
  • Android Architecture Components üzrə biliklərə sahib olan;
  • Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan biridir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 20 mart 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et