Azər Türk Bank
Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditlərinin Təhlili şöbəsində mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
- Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
- Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
- KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
- Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı;
- MS Office proqramlarından (xüsusilə, MS Excel) sərbəst istifadə bacarığı; Maliyyə sahəsində müvafiq sertifikatlarının olması arzuolunandır;
- KOB seqmenti üzrə kreditləşmə, KOB sahəsi üzrə vəzifəyə müvafiq olaraq minimum 3 illik təhlil və ya anderraytinq üzrə iş təcrübəsi.
Müraciət üçün daxil olun