Analitika şöbəsinin meneceri | Banco.az
Kapital Bank

Analitika şöbəsinin meneceri

Vakansiya haqqında məlumat: 

 

Analitika şöbəsinin meneceri

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə Satış Departamentinin Analitika şöbəsinin meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər verir;
  • Data Analitikası sahəsində yeniliklərin izlənilməsini və innovasiyanın tətbiq olunmasını təşkil edir;
  • Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak edir;
  • Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir;
  • Statistik məlumatların toplanması istiqamətində təkliflər verir və icrasında iştirak edir
  • Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir;
  • BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil edir və idarə edilməsində iştirak edir;
  • Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət edir. Əgər uyğunsuzluq olarsa, operativ olaraq müdaxilə edir, problemin həllini təmin edir;
  • Hesabatların düzgünlüyünə nəzarət edir, onların sürətli və effektiv işləməsini təmin edir;
  • Deskriptiv, Diaqnostik və Prediktiv hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir;
  • Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırır və cavablandırılmasını təmin edir;
  • Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;

Tələblər:

  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Fundamental statistika biliyi (deskriptiv analiz, hipotez testi, reqressiya analizi və s.);
  • Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər;
  • İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı;
  • Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı;
  • Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı.

3. Təhsil / İxtisas / Təcrübə

  • İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil
  • İqtisadi sahə üzrə ixtisas arzuolunandır

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et